
Gips əsaslı məhsulun istehsalçıları ətraf mühitin qorunmasına öz töhfələri ilə fəxr edirlər. Təbii resurslara ehtiyatlı münasibətin qüvvədə olan ənənəsi və işlənilmiş gips yataqlarının rekultivasiyası istehsalat və tikinti tullantılarının regenerasiya və yenidən istifadə olunması ilə tamamlanır.
KNAUF firması investisiya fəaliyyətinin başlanması ilə bərabər ətraf mühitin qorunması üçün ölçülər götürdü. Bizim müəssisələrin ekoloji fəaliyyətinin əsas məsələsi ətraf mühitə zərərli təsirin azalması, ətraf mühitin qorunması üzrə qanun və qaydaların tələblərinin yerinə yetirilməsidir.
KNAUF məhsullarının istehsalının genişlənməsi dövründə həyata keçirilən təbiətin qorunması tədbirləri əsasən aşağıdakılardır:
Gips suvağının tikintilərə gətirilməsi üçün istifadə olunan xüsusi konteynerlər tullanılan kağız qablaşdırmaların həcmini azaldır. İstifadə olunan qablaşdırma materiallarının miqdarının azalması və onların təkrar işlənməsi daha böyük əhəmiyyət qazanır. Gips tərkibli işlənilmış tikinti tullantıları üçün bir çox istifadə sahələri var. Məsələn, o, yolların çəkilməsində istifadə olunur. Onun zibillik yerlərində istifadəsi metan tullantılarını azaldır. Bütün tikinti tullantılarının böyük hissəsini digər tikinti materialları təşkil etdiyindən, biz digər tikinti materiallarının istehsal sahələrində olan əməkdaşlarımızla sıx əməkdaşlıq edirik. Və bu da, onun bir göstəricisidir ki, gips sənayesi cəmiyyət qarşısında öz üzərinə məsuliyyət götürür.
Knauf Şirkətlər Qrupu tikinti materiallarına olan ehtirasdan yaranıb və uzun və hadisələrlə dolu tarixi ərzində yalnız ailəyə məxsus bir şirkətdən qlobal liderə çevrilib.