
Şirkətimizin və insanlarımızın dayağı həmişə əsas dəyərlərimiz olacaq: İnsanlıq (Menschlichkeit), Tərəfdaşlıq, Öhdəlik və Sahibkarlıq. Bu dəyərlər etdiyimiz hər şeyin mərkəzində dayanır, bizi dünya səviyyəli işəgötürən, etibarlı tərəfdaş və sənaye innovatoru kimi istiqamətləndirir. 90 ildən çox uğurla güclənmiş bu dəyərlər, gözlənilməz dövrlərdə bizim daxili kompasımız kimi xidmət edir və həm şirkət, həm də fərd olaraq çətinliklərin öhdəsindən gəlməyimizə imkan yaradır. Bütün bunlar qarşılıqlı uğuru təmin etmək məqsədilə edilir.
Knauf Şirkətlər Qrupu tikinti materiallarına olan ehtirasdan yaranıb və uzun və hadisələrlə dolu tarixi ərzində yalnız ailəyə məxsus bir şirkətdən qlobal liderə çevrilib.