Gilan and Knauf PlantKnauf - Background Image

Knauf Azərbaycan

Knauf şirkətinin Azərbaycanda fəaliyyətinin tarixi

Knauf Azərbaycan - 25 ildən artıq Sizinlə

Knauf  şirkəti, Azərbaycan Respublikasının inşaat bazarında 25 ildən artıqdır ki, fəaliyyət göstərir. Knauf şirkətinin hər bir ölkədə fəaliyyətinin xüsusiyyətləri – müştəriyə yaxın olmaq, yerli personalı cəlb edərək və yerli xammaldan istifadə edərək məhsul istehsal etməkdən ibarətdir. Bu fəlsəfəyə əsaslanaraq, 2006-cı ildə Goranboy rayonunda "Gilan & Knauf" zavodunun tikintisi başlandı və 2008-ci ildə ilk məhsul istehsal olunmuşdur.

Knauf Qrupu, məhsullar istehsal edən istehsal müəssisələri ilə yanaşı, məhsulların təbliği, ölkədə tanınması, reklam işləri və bu kimi marketinq fəaliyyətlərini həyata keçirən Marketing Təşkilatlarını da təsis edir. Qeyd edildiyi kimi, Knauf Qrupu Azərbaycan Respublikasında “Gilan Holding“ lə birgə təsis etdiyi istehsal müəssisəsindən əlavə, 2006-cı ildə “Knauf İnternational GmbH” a məxsus olan marketinq təşkilatını da təsis etmişdir. Bu təşkilat “Knauf Marketing Baku” MMC-dir.

Knauf Şirkətlər Qrupu

Knauf Şirkətlər Qrupu tikinti materiallarına olan ehtirasdan yaranıb və uzun və hadisələrlə dolu tarixi ərzində yalnız ailəyə məxsus bir şirkətdən qlobal liderə çevrilib.